Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının 4 üzvü sərbəst buraxılıb

Qarabağ Azadlıq Təşkilatının 4 üzvü sərbəst buraxılıb
# 06 sentyabr 2007 13:02 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvlərindən 4 nəfəri polis idarəsində 3 saata yaxın saxlandıqdan sonra sərbəst buraxılıb. QAT sədri Akif Nağı və təşkilatın digər üzvləri isə hələ də polis idarəsində saxlanılır. QAT sədri Akif Nağı polis idarəsindən APA-ya bildirib ki, saxlanılan təşkilat üzvləri - Şahmar İbrahimov, Gültəkin Quliyeva, Rəsul Aslanov və Təhməz Təhməzov xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Digər təşkilat üzvlərinin nə zaman sərbəst buraxılacağı bəlli deyil.
Qeyd edək ki, Ermənistanın daxili işlər naziri Hayk Arutunyanın MDB ölkələri DİN rəhbərlərinin Bakıda keçirilən yığıncağında iştirakı ilə bağlı etiraz aksiyasına hazırlaşan QAT üzvləri saat 11:00 radələrində təşkilatın qərargahına daxil olan polis əməkdaşları tərəfindən tutularaq, Nərimanov RPİ-yə aparılıblar. Saxlanılanların bir qismi polis idarəsinə aparılmasa da, 10 nəfər QAT üzvü Nərimanov RPİ-yə gətirilib. Hazırda A. Nağı və 6 QAT üzvü RPİ-də saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR