Bank Of Baku

Bakıda “Təhlükəsizlik sektorunda demokratik idarəetmə” mövzusunda təlim kursu başlayıb

Bakıda “Təhlükəsizlik sektorunda demokratik idarəetmə” mövzusunda təlim kursu başlayıb
# 06 sentyabr 2007 13:39 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) və Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CESS) təşkilatçılığı ilə “Starlink” proqramı çərçivəsində “Təhlükəsizlik sektorunda demokratik idarəetmə” mövzusunda 3 günlük təlim kursu başlayıb. APA-nın məlumatına görə, təlim kursu Hollandiya, Belçika, İspaniya və İngiltərədən olan mütəxəssis-təlimatçılar tərəfindən aparılır. Treninqdə Azərbaycanın Müdafiə və Daxili İşlər nazirlikləri, Ombudsman Aparatı, Daxili və Sərhəd qoşunlarının zabitləri, QHT nümayəndələri, hərbi və təhlükəsizlik mövzularında yazan jurnalistlər iştirak edib.
Qeyd edək ki, bu, “Starlink” proqramı çərçivəsində Bakıda təşkil olunmuş üçüncü anoloji tədbirdir. Bundan əvvəl müdafiə sektoru və hüquq-mühafizə orqanlarının nümayəndələri üçün bu tip seminar-treninqlər təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR