Bank Of Baku

“Azadlıq” blokunun liderləri Böyük Britaniyanın səfiri ilə görüşüblər

“Azadlıq” blokunun liderləri Böyük Britaniyanın səfiri ilə görüşüblər
# 06 sentyabr 2007 14:11 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun liderləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolina Braunla görüş keçiriblər. Blokun üzvü olan Milli Birlik Hərəkatının (MBH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər ölkədəki ictimai-siyasi vəziyyət, blokla səfirlik arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Böyük Britaniya əlaqələri, 2008-ci ildə keçiriləcək prezident seçkiləri, ölkədə demokratiyanın səviyyəsi və digər məsələlər barədə fikir mübadiləsi aparıb. Görüşdə AXCP sədri Əli Kərimli, MBH sədri Lalə Şövkət və VİP sədri Əli Əliyev iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR