Bank Of Baku

Yaap de Hoop Sxeffer: “Putinin Azərbaycandakı RLS-dən birgə istifadə barədə təklifi praqmatik siqnaldır”

Yaap de Hoop Sxeffer: “Putinin Azərbaycandakı RLS-dən birgə istifadə barədə təklifi praqmatik siqnaldır”
# 06 sentyabr 2007 14:39 (UTC +04:00)
NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ABŞ-ın Şərqi Avropada raket hücumundan müdafiə sistemləri yerləşdirmək niyyəti ilə bağlı Rusiyanın tutduğu mövqeni tənqid edib. APA-nın xəbərinə görə, Yaap de Hoop Sxeffer bildirib ki, Rusiyanın kəskin tənqidləri NATO ilə bu ölkənin dialoquna qeyri-məhsuldar və faydasız çalar əlavə edib: “Mən açıq danışmaq istəyirəm. Rusiya tərəfinin ritorikası bizi əsas məsələdən raket texnologiyalarının yayıldığı bir dövrdə təhlükəsizliyimizi təmin etmək məqsədindən uzaqlaşdırır”. Alyansın baş katibi hesab edir ki, Rusiyanın Çexiya və Polşaya etdiyi xəbərdarlıqlara müasir Avropada yer olmamalıdır. O, raket hücumundan müdafiə məsələsi ilə bağlı Rusiyanın istənilən sualını dinləməyə hazır olduğunu da söyləyib. Rusiya prezidenti Vladimir Putinin Azərbaycandakı RLS-dən birgə istifadə barədə təklifinə toxunan Yaap de Hoop Sxeffer bunu praqmatik siqnal adlandırıb: “Bu təklifin spesifik üstünlüklərini qiymətləndirmək mənim işim deyil. Ancaq hesab edirəm ki, təklif üç istiqamətdən əhəmiyyətlidir: Əvvəla, Rusiya öz sərhədləri ətrafında potensial raket təhlükəsinin mövcudluğunu qəbul edir. İkincisi, Rusiya birgə qərarlar axtarışındadır. Üçüncüsü, ümumi maraq və yanaşmalara əsaslanan praqmatik kompromis tapıla bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR