Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib
# 06 sentyabr 2007 14:49 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədrı Əli Əliyev məlumat verib. Onun sözlərinə görə iclasda Azərbaycanda və regionda ictimai-siyasi, iqtisadi vəziyyət, dünyada gedən geosiyasi proseslər, ölkəmizdə demokratiya, insan haqları və mətbuat azadlığı ilə bağlı problemlər müzakirə edilib. Blokun iclasında həmçinin, cari fəaliyyətlə bağlı bir sıra qərarlar qəbul edilib. Ötən toplantılarda zona müşavirələrinin keçirilməsi ilə bağlı qərarın icra vəziyyətinə baxılıb. Bir neçə gün əvvəl blokun Şirvan bölgəsi üzrə zona müşavirəsinin nəticələri müzakirə edilib. Bu müşavirələrin digər bölgələrdə də davam etdirilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR