Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədrinin Koreyaya rəsmi səfəri davam edir

Azərbaycan Milli Məclisinin sədrinin Koreyaya rəsmi səfəri davam edir
# 06 sentyabr 2007 14:56 (UTC +04:00)
Milli Məclisin (MM) sədri Oqtay Əsədovun Koreyaya rəsmi səfəri davam edir. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər çərçivəsində O. Əsədov dünən Koreyanın xarici işlər və xarici ticarət nazirinin müavini Ço Canq-Pyo ilə görüşüb. Görüş zamanı nazir müavini Koreyanın Azərbaycana böyük marağı olduğunu deyib. O, Azərbaycanın yürütdüyü daxili və xarici siyasəti bəyəndiklərini vurğulayıb. MM sədri O. Əsədov Azərbaycanın xarici sərmayədarlar üçün açıq ölkə olduğunu, burada hökumət tərəfindən həyata keçirilən “açıq qapı” siyasətinin məhz xarici investisiyaların cəlb olunmasına şərait yaratmaq məqsədi daşıdığını bildirib. Daha sonra Azərbaycan parlamentinin nümayəndə heyəti bir sıra şirkətlərin işi ilə maraqlanıb, “Nyu-İnçoen” qazla kombinə edilmiş Elektrik Stansiyasında və Seul şəhər nəqliyyatının idarə olunması mərkəzində - “TOPİS”də olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR