Astara rayonunun Ərçivan kənd sakinləri Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür teleqramı göndəriblər
Qeyd edək ki, Ərçivan kəndinin 20-dək sakini uçan binanın tikintisində çalışıb. Onlardan 6-sı bu qəzada həlak olub. Bunlar 1981-ci il təvəllüdlü Emil Seyfulla oğlu Babayev, 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev, 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyev, 1982-ci il təvəllüdlü Sakit Adil oğlu Feyziyev, 1978-ci il təvəllüdlü Razi Elsevər oğlu İmaməliyev və 1984-cü il təvəllüdlü Nəzər Fərman oğlu Nəzərovdur. Onların cənazələri dağıntılar altından çıxarılandan sonra kəndlərinə yola salınıb və bütün xərclər dövlət tərəfindən ödənilib.
Qəza nəticəsində həlak olmuş Razi Elsevər oğlu İmaməliyevin ailəsi bu ağır günlərdə göstərilən yardıma görə həm prezidentə, həm də yerli icra strukturlarına təşəkkürünü bildirib. Bunu onun atası Elsevər İmaməliyev bildirib.
Arif və Habil Feyziyevlərin atası Məhərrəm kişi də göstərilən yardıma görə, təşəkkürünü bildirib. O, bu vəsaitin övladlarının məzarının üstünü götürülməsi, həm də onların azyaşlı övladlarının sosial problemlərinin həllinə kömək edəcəyini deyib. Məhərrəm Feyziyevin 11 övladı olub. Tikintidə qəza nəticəsində ölən Arif ailənin beşinci, Habil isə sonbeşik övladı olub.
Sakit Adil oğlu Feyziyev isə ailənin yeganə oğlu olub. Ailənin yeganə istəyi onun məzarının üstünü götürülməsidir.
Emil Seyfulla oğlu Babayevin atası Seyfulla Babayev isə oğlunun hər ay tikintidə 200-300 manat qazandığını söyləyib. O, oğlunun yaxın günlərdə toyuna hazırlaşdıqlarını, amma bunun qismət olmadığını deyib. Ölkə başçısına hadisəyə həssas yanaşması, onların dərdinə şərik çıxması üçün təşəkkürünü bildirən ata icra strukturlarının dəfnin xərclərini çəkdiyini bildirib.
APA-nın Mil-Muğan bürosunun əməkdaşı isə Sabirabad rayonunun Minbaşı kəndinin qəza nəticəsində həlak olan sakinlərinin ailələrinə baş çəkib. Bunlar 1964-cü il təvəllüdlü Valeh Abbas oğlu Orucov və 1971-ci il təvəllüdlü Seyidağa İsmayıl oğlu Fətullayevdir. Onlar dayıoğlu-bibioğludur.
S. Fətullayevin qardaşı Mirələkbər Fətullayev bildirib ki, Seyidağa “Mütəfəkkir” MTK tərəfindən inşa olunan binada bir ay suvaqçı kimi çalışıb. Onların 200-250 manat civarında əmək haqqı aldıqlarını deyən M. Fətullayev Seyidağanın 4 yaşında oğlu və 10 yaşlı qızı qaldığını deyib: “Biz hadisəyə bu qədər həssas və diqqətli yanaşdığı üçün prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun ayırdığı yardım Seyidağanın balalarının böyüməsinə, problemlərinin həllinə çox kömək edəcək”.
Valeh Orucovun isə 3 övladı var. Oğlu Anar hərbi xidmətdədir, qızları Günel 15, Gülnar 14 yaşındadır. Valehin atası, 80 yaşlı Abbas Orucov da maddi vəziyyətlərinin ağır olduğunu deyib: “Yası yola vermək üçün bizə yerli bələdiyyə rəhbərliyi yardım edib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı və Sabirabaddan seçilmiş millət vəkilləri yas mərasimlərində iştirak ediblər”. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB