Bank Of Baku

“Azadlıq” bloku ictimai dinləmələr təşkil edəcək

“Azadlıq” bloku ictimai dinləmələr təşkil edəcək
# 06 sentyabr 2007 15:54 (UTC +04:00)
“Azadlıq” bloku Azərbaycandakı ictimai-siyasi vəziyyət və insan haqları ilə bağlı ictimai dinləmələr təşkil edəcək. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, bu məqsədlə blokda işçi qrupu yaradılıb və artıq bir neçə gündür ki, bu qrup hazırlanacaq sənəd üzərində işləyir. O, sənəddə sözügedən sahələrdəki vəziyyətin obyektiv təsvir olunacağını və bunun ictimai müşakirəyə çıxarılacağını qeyd edib. Hazırlanan layihə artıq yekunlaşma mərhələsindədir. Sənəddə qanunvericilik, insan haqları, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və digər sahələrdə olan problemlər öz əksini tapıb. Dinləmələrin yekununda hazırlanacaq sənəd beynəlxalq təşkilatlara təqdim ediləcək. Bundan başqa Ə. Əliyev blokun tərkibində digər bir işçi qrupunun da fəaliyyət göstərdiyini bildirib. Bu qrup Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin mexanizmləri barədə sənəd hazırlayaraq onu Azərbaycan hökumətinə və Avropa Şurasına təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR