Bank Of Baku

İsrail diplomatı Lenni Ben-David: “Ermənilər yüz minlərlə müsəlmanı və minlərlə yəhudini qətlə yetirib”

İsrail diplomatı Lenni Ben-David: “Ermənilər yüz minlərlə müsəlmanı və minlərlə yəhudini qətlə yetirib”
# 06 sentyabr 2007 15:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, L. Ben-David “The Jerusalem Post” qəzetində dərc olunan “Türkiyə və Ermənistan: Yəhudilər nə etməlidir?” başlıqlı yazısında ermənilərin yüz minlərlə müsəlman və minlərlə yəhudini qətlə yetirdiyinə dair məlumatlar olduğunu, ancaq bu haqda heç kimin danışmadığını bildirib: “İsrail hökuməti və ABŞ-dakı yəhudilər Türkiyə ilə bağlı ermənilərin yaratdığı “minalanmış sahə”yə ayaq basarkən diqqətli olmalıdır. Ermənistandakı yəhudi icmasının liderləri deyiblər ki, hətta 1915-ci ildə baş verən erməni qətllərinin yəhudilər tərəfindən təşkil edildiyinə dair Ermənistanda söz-söhbət də gəzir”. Lenni Ben-Devid 1914-1920-ci illərdə Ermənistandakı 2,5 milyon müsəlmanın qətlə yetirildiyi haqda məlumatlar olduğunu da söyləyib. Onun sözlərinə görə, Azərbaycandakı dağ yəhudiləri 1918-ci ildə baş vermiş talanlar və qətllər zamanı öldürülmüş 3 min yəhudinin xatirəsi üçün abidə inşa etmək məqsədilə yardım istəyiblər. L. Ben-Devid 15 il əvvəl ermənilərin yüzlərlə azərbaycanlı müsəlmanı öldürdüyünü də xatırladıb. O, 16 mart 1992-ci il tarixli “Newsweek” jurnalında çıxan yazıdan sitat gətirərək Qarabağdakı bir kənddə qadın, kişi və uşaqların qaçmağa çalışarkən erməni qüvvələri tərəfindən yaxın məsafədən açılan atəş nəticəsində öldürüldüyünü qeyd edib. (Söhbət Xocalı faciəsindən gedir). L. Ben-David sonda qeyd edib ki, ABŞ Konqresi və yəhudi icması erməni və türk tarixçiləri olayları obyektiv şəkildə araşdırmağa cəsarətləndirməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR