Bank Of Baku

Tomas Hammarberq Ağdamdan olan məcburi köçkünlərlə görüşüb

Tomas Hammarberq Ağdamdan olan məcburi köçkünlərlə görüşüb
# 06 sentyabr 2007 16:07 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin bölgələrə səfəri davam edir. APA-nın Qarabağ bürosunun məlumatına görə, komissar bu gün “Dörd Yol - 1” qəsəbəsində məskunlaşmış Ağdamdan olan məcburi köçkünlərlə görüşüb. Qonaq bildirib ki, o, nitq söyləməyə yox, məcburi köçkünlərin problemlərini öyrənməyə gəlib. Görüşdə çıxış edən məcburi köçkünlər indiyədək Dağlıq Qarabağ probleminin həll edilmədiyini, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq niyyətində olmadıqlarını qonağın diqqətinə çatdırıblar. Onlar həmçinin, ermənilərin törətdiyi yanğınlar nəticəsində yaranmış ekoloji problemlər, yurd-yuvalarından didərgin düşdükdən sonra üzləşdikləri çətinliklər barədə danışıblar. T. Hammarberq Avropa Şurasının Dağlıq Qarabağ probleminin həll olunmamasına laqeyd münasibət göstərməsi ilə bağlı suala cavablandırarkən bildirib ki, burada gördükləri barədə Avropa Şurasında məlumat verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR