Bank Of Baku

Akif Nağı və QAT-ın daha 10 üzvü sərbəst buraxılıb

Akif Nağı və QAT-ın daha 10 üzvü sərbəst buraxılıb
# 06 sentyabr 2007 16:14 (UTC +04:00)
QAT sədri Akif Nağı APA-ya bildirib ki, saat 11.00 radələrində qurumun ofisinə daxil olan polis əməkdaşları Ermənistanın daxili işlər naziri Hayk Arutunyanın MDB ölkələri DİN rəhbərlərinin Bakıda keçirilən yığıncağında iştirakına etirazla bağlı aksiyaya hazırlaşan təşkilat fəallarını polis idarəsinə aparıblar. Bununla yanaşı, Nərimanov RPİ-nin özünü təqdim etməyən polkovnik-leytenant rütbəli əməkdaşının göstərişi ilə hadisə yerində olan jurnalistlər APA, “Trend”, “Doğan” informasiya agentliklərinin, ATV-nin və “Xural” qəzetinin əməkdaşları zorla avtobuslara doldurulub. Bu zaman jurnalistlərlə polislər arasında mübahisə yaranıb. Yarım saat avtobusda saxlanıldıqdan sonra jurnalistlər sərbəst buraxılıb. Saat 13.00 və 17.00 radələrində QAT üzvləri hissə-hissə, saat 19.00-da isə A. Nağı və təşkilatın iki üzvü şifahi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR