Bank Of Baku

İraq türkmənləri Müsavat Partiyasının və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbərləri ilə görüşüblər

İraq türkmənləri Müsavat Partiyasının və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbərləri ilə görüşüblər
# 06 sentyabr 2007 16:41 (UTC +04:00)
İraq Türkmən Milli Cəbhəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Müsavat Partiyasının başqanı İsa Qəmbər və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə görüşüblər. Səfərin təşkilatçısı olan Qafqaz Media Mərkəzindən APA-ya verilən məlumata görə, görüşlərdə İraq türkmənlərinin problemləri və Azərbaycanın siyasi partiyalarının bu məsələlərlə bağlı mövqeyi müzakirə edilib. Səfəri yüksək qiymətləndirən Müsavat Partiyasının və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbərləri əlaqələrin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar. Hər iki görüşdə bundan sonra İraq türkmənlərinin problemlərinin diqqətdə saxlanılacağı qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR