Bank Of Baku

MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən toplantısı başa çatıb

MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən toplantısı başa çatıb
# 07 sentyabr 2007 09:05 (UTC +04:00)
Qeyd edək ki, martın 14-16-da axtarışda olan şəxslərin aşkarlanması məqsədilə “Axtarış” kod adı altında birgə əməliyyat keçirib. Əməliyyat zamanı Rusiya ərazisində MDB-də haqqında axtarış elan olunmuş 172 nəfər aşkarlanıb. MDB üzrə axtarış elan olunmuş daha 6 nəfər isə Azərbaycan ərazisində tapılıb. Azərbaycan Daxili İşlər Nazirliyi öz növbəsində əməliyyat zamanı haqqında Rusiyada axtarış elan olunmuş iki nəfəri taparaq bu ölkəyə təhvil verib. 2007-ci ilin 23-28 aprelində Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd” birgə əməliyyatı zamanı sərhəd qaydalarının pozulmasına dair 2465 inzibati hüquqpozma halı qeydə alınıb. Bundan başqa MDB daxili işlər orqanları ötən müddət ərzində “Kanal”, “Karvan-Avto”, “Qeyri-leqal”, “Sərnişin” kod adları altında birgə operativ-profilaktik əməliyyatlar keçiriblər. İclasda çıxış edən Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev prezident Vladimir Putinin Rusiya Daxili İşlər Nazirliyinin xarici ölkələrdə nümayəndəliklərinin açılması barədə sərəncam imzaladığını bildirib. İclasın sonunda çıxış edən Azərbaycanın daxili işlər naziri Ramil Usubov MDB Daxili İşlər Nazirləri Şurasının fəaliyyəti dövründə 70-dən artıq qərar qəbul edildiyini deyib. O, çıxışında daxili işlər orqanları üçün peşəkar kadr hazırlığının birgə həyata keçirilməsi məsələsinə xüsusi diqqət ayırıb. İclas iştirakçıları MDB Daxili İşlər Nazirləri Şurasının növbəti toplantısının 2008-ci ildə Gürcüstanda keçirilməsi barədə qərar qəbul ediblər. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR