Bank Of Baku

Xələf Xələfov: “Tehran sammitində müəyyən problemlər üzrə mövqelərin yaxınlaşması baş verə bilər”

Xələf Xələfov: “Tehran sammitində müəyyən problemlər üzrə mövqelərin yaxınlaşması baş verə bilər”
# 07 sentyabr 2007 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini, Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə şəxsi nümayəndəsi Xələf Xələfov məlumat verib. Onun sözlərinə görə, sammitdə Xəzərin problemləri ilə bağlı bütün məsələlər müzakirə olunacaq. Sammitin nəticələri ilə bağlı mümkün ehtimalları dəyərləndirən Xələf Xələfov ən azı problemə ümumi yanaşmaların dəqiqləşdirilə biləcəyini deyib: “Müəyyən prinsiplər üzrə mövqelərin yaxınlaşması baş verə bilər, ən başlıcası isə sammit çərçivəsində məsələlərin razılaşdırılması danışıqlar prosesinə çox yaxşı siyasi impuls verilə bilər. Gözləyirik ki, bu impuls gələcək danışıqların faydalı olmasına yardım göstərəcək, biz kompleks məsələlər təşkil edən Xəzərin statusu məsələsində irəliləyişə nail olacağıq”. Qeyd edək ki, sammitin Tehranda keçirmək təşəbbüsü ilə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Bakıda rəsmi səfərdə olarkən tədbirin oktyabrın 16-da keçiriləcəyini bəyan edib. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR