Bank Of Baku

AMİP Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib

AMİP Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib
# 07 sentyabr 2007 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin icazə vermədiyi piketin qarşısı polislər tərəfindən alınıb. Təxminin 10 nəfər partiya üzvü Nazirlər Kabinetinin binasına doğru irəliləməyə çalışsa da, polislər onları saxlayıblar. Aksiyada şüarlar səsləndirilməsinə və qətnamənin oxumasına imkan verilməyib. 5 aksiya iştirakçısı saxlanılaraq, 9-cu polis bölməsinə aparılıb. Polis əməkdaşları bildiriblər ki, onlara xəbərdarlıq etdikdən sonra sərbəst buraxacaqlar. Jurnalistlərə təqdim olunmuş qətnamədə isə aksiyanın keçirilməsinə səbəb kimi hökumətin apardığı iqtisadi sosial siyasətə etiraz göstərilib. AMİP hökumətin qiymət siyasətinə yenidən baxmasını, büdcə təşkilatlarından maliyyələşən işçilərin əmək haqlarının, təqaüdlərin və müavinətlərin artırılması, Ermənistandan qaçqın düşmüş şəxslərə güzəştlərin bərpa olunması tələb edib.
Qeyd edək ki, aksiyada polislərlə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov arasında maraqlı dialoq olub. Aksiya iştirakçıları polis maşınına əyləşdirilsələr də, ənənəvi olaraq hər aksiyada saxlanılan Ə. Orucov bu dəfə polislərin diqqətindən yayınıb. Jurnalistlər polisə “Bəs Əli Orucovu aparmırsınız?” sualı verdikdə polis kapitanı maşının arxa qapısını açaraq Ə. Orucova “Gəl maşına otur” deyib. Maşından bir qədər kənarda olan Ə. Orucov isə polisə “Gəlin biriniz aparın” deyə, cavab verib.
Bundan sonra polis çavuşlarından biri partiya katibini maşına əyləşdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR