Bank Of Baku

Yaxın günlərdə insan haqları üzrə İşçi Qrupun növbəti toplantısı keçiriləcək

Yaxın günlərdə insan haqları üzrə İşçi Qrupun növbəti toplantısı keçiriləcək
# 07 sentyabr 2007 11:01 (UTC +04:00)
Yaxın günlərdə hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu insan haqları üzrə İşçi Qrupun növbəti toplantısı keçiriləcək. Bu barədə APA-ya İşçi Qrupun üzvü, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, qrupun ötən iclasında sentyabrın əvvəllərində növbəti iclasın keçirilməsi barədə qərar qəbul olunub. Hüquq müdafiəçisi deyib ki, iclasda ölkədə insan haqlarının durumu, xəstə məhbuslar, həbsdə olan jurnalistlərlə bağlı müzakirələr aparılacaq.
Ç. Qənizadənin sözlərinə görə, İşçi Qrupda Xarici İşlər Nazirliyini təmsil edən Tahir Tağızadə Çexiya Respublikasında Azərbaycanın səfiri təyin olunduğundan növbəti iclasda qurumda onu əvəz edən şəxs də müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR