Bank Of Baku

Xələf Xələfov: “Dövlət sərhədinin delimitasiyası əlimizdə olan koordinatlar, normativ-hüquqi sənədlər əsasında həyata keçiriləcək”

Xələf Xələfov: “Dövlət sərhədinin delimitasiyası əlimizdə olan koordinatlar, normativ-hüquqi sənədlər əsasında həyata keçiriləcək”
# 07 sentyabr 2007 11:01 (UTC +04:00)
“Delimitasiya prosesində söhbət hər hansı əraziyə tarixi baxımdan kimin necə yanaşmasından yox, rəsmi, hüquqi sənədlər əsasında sərhədin haradan keçməsi, onun koordinatlarının müəyyən olunmasından gedir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini, delimitasiya və demarkasiya üzrə dövlət komissiyasının sədri Xələf Xələfov bu gün keçirdiyi mətbuat konfransında deyib. Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçi dağı sərhəd sahəsi ilə bağlı mübahisələrə münasibət bildirən X. Xələfov həmin zonada dövlət sərhədinin dağ silsiləsindən keçdiyini söyləyib: “Biz bu istiqamətdəki sərhəd sahəsində müəyyən hissələri razılaşdırmışıq. Bəzi hissələr isə razılaşdırılmamış qalıb. Bu hissənin də dövlət komissiyaları çərçivəsində, danışıqlar çərçivəsində həll olunacağı gözlənilir. Əlimizdə olan materiallar, koordinatlar, normativ-hüquqi sənədlər əsasında dövlət sərhədinin delimitasiyası həyata keçiriləcək”. X. Xələfov bildirib ki, rəsmi Bakı iki qonşu dövlət arasında mövcud olan strateji tərəfdaşlıq, tarixi qonşuluq, dostluq münasibətlərini nəzərə alaraq bu məsələyə həssaslıqla yanaşır: “Çalışırıq ki, bu məsələni obyektiv və hüquqi baxımdan əsaslandırılmış surətdə elə həll edək ki, gələcəkdə fikir ayrılıqları ortaya çıxmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR