Bank Of Baku

Azərbaycanla Türkmənistan arasında Xəzərin statusuna dair məsləhətləşmələr keçiriləcək

Azərbaycanla Türkmənistan arasında Xəzərin statusuna dair məsləhətləşmələr keçiriləcək
# 07 sentyabr 2007 11:02 (UTC +04:00)
Sentyabrın sonunda Türkmənistanın Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupu Bakıya gələcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə şəxsi nümayəndəsi Xələf Xələfov deyib. Son vaxtlar Azərbaycan-Türkmənistan əlaqələrində canlanma yarandığını vurğulayan nazir müavini xatırladıb ki, xarici işlər naziri Elmar Məmmədyarov Aşqabada səfər edib, prezidentlərin qərarı ilə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası yaradılıb: “Bunlar Xəzərin hüquqi statusuna dair danışıqların yenidən başlamasına impuls verib”. X. Xələfov danışıqlarda irəliləyişə nail olunacağına ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR