Bank Of Baku

İran vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi məsələsi araşdırılacaq

İran vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi məsələsi araşdırılacaq
# 07 sentyabr 2007 11:09 (UTC +04:00)
“İran vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi məsələsi araşdırılmalıdır. Bu məlumatda həqiqət varsa, müvafiq tədbir görüləcək”. APA-nın məlumatına görə, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib. Nazir müavini bildirib ki, hər bir məlumatın araşdırılması zəruridir. Məlumata araşdırma aparılmadan şərh vermək istəməyən diplomat xatırladıb ki, iki dövlət arasında qəbul edilmiş sənədlərdə qeyri-dost münasibətlərdə iştirak etməmək barədə öhdəliklər var: “İnanmaq istərdik ki, İran bu bəndə hörmətlə yanaşır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR