Bank Of Baku

122 saylı Xankəndi Dairə Seçki Komissiyası yeni binaya köçüb

122 saylı Xankəndi Dairə Seçki Komissiyası yeni binaya köçüb
# 07 sentyabr 2007 11:47 (UTC +04:00)
122 saylı Xankəndi Dairə Seçki Komissiyası (DSK) yeni binaya köçüb. DSK-nın sədri Allahverdi Doluxanovun APA-ya verdiyi məlumata görə, “Radiozavod”un inzibati binasındakı otaqlar zavod rəhbərliyinə təhvil verilib və bir neçə gün əvvəl komissiya 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının keçmiş binasına köçüb. 35 saylı DSK isə rayon rəhbrliyi tərəfindən tikilmiş yeni binaya yerləşib. A. Doluxanov “Radiozavod”da yerləşən otaqlarda fəaliyyəti davam etdirməyin mümkün olmadığını söyləyib: “Həmin binada əsaslı təmir gedirdi və demək olar ki, bütün otaqlar sökülmüşdü. Digər tərəfdən, təmir qurtardıqdan sonra zavod Müdafiə Sənayesi Nazirliyinə verildiyi üçün girişində əsgər postu qoyulacaq. Bu da seçki komissiyası üçün arzuedilməz hal olardı”. A. Doluxanov yeni binada onlara 4 otaq verildiyini və bunun hələlik kifayət etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR