Bank Of Baku

Tomas Hammarberq: “Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı ölkədə insan hüquqları sahəsində irəliləyişlərə səbəb olub”

Tomas Hammarberq: “Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı ölkədə insan hüquqları sahəsində irəliləyişlərə səbəb olub”
# 07 sentyabr 2007 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Avropa Şurasının insan hüquqları komissarı Tomas Hammarberq söyləyib. O, keçirəcəyi rəsmi görüşlər zamanı həbsxanada olan jurnalistlərin azadlığa buraxılması məsələsinə xüsusi toxunacağını deyib: “Hər şeydən öncə biz Cinayət Məcəlləsindən böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin çıxarılmasını istəyirik. Baxmayaraq ki, bəzi Avropa Şurası ölkələrində bu maddə hələ də qalır, lakin buna nəhayət ki, son qoyulmalıdır”. Cəzaçəkmə müəssisələrində keçirdiyi monitorinqin nəticələrinə toxunan Tomas Hammarberq məhbuslar üçün yaradılmış şəraitin nisbətən yaxşılaşdırıldığını, lakin istilik təminatı və ventilyasiya sistemi ilə əlaqədar müəyyən problemlərin qaldığını deyib. O, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin etməsi barədə təklifə də münasibət bildirib: “Azərbaycanda media, yaxud siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunmasına dair təkliflər səslənir. Amma deməliyəm ki, artıq Avropa Şurasının İnsan Hüquqları Komissarlığı var. Bu sahədə irəliləyişə nail olmaq istəyənlər bizim komissarlığın fəaliyyətinin genişlənməsi yardım göstərməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR