Bank Of Baku

Əli Əhmədov Böyük Britaniya səfiri ilə görüşüb

Əli Əhmədov Böyük Britaniya səfiri ilə görüşüb
# 07 sentyabr 2007 12:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kərolin Braun ilə partiyanın qərargahında görüş keçirib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Ə. Əhmədov Böyük Britaniya səfirinə partiyanın ölkənin ictimai-siyasi həyatında rolu və cari fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda ilk dəfə ötən əsrin 90-cı illərində olduğunu xatırladan K. Braun Bakıya bu dəfəki gəlişində əhəmiyyətli dərəcədə dəyişikliklərin və inkişafın şahidi olduğunu qeyd edib. YAP-ın fəaliyyətinin, həyata keçirilən və planlaşdırılan layihələrin onda geniş maraq doğurduğunu nəzərə çatdıran diplomat Böyük Britaniya səfirliyi ilə hakim partiya arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR