Bank Of Baku

Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Azərbaycanın hazırladığı yeni layihə yaxın 10 gündə Venesiya Komissiyasına təqdim olunacaq

Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Azərbaycanın hazırladığı yeni layihə yaxın 10 gündə Venesiya Komissiyasına təqdim olunacaq
# 07 sentyabr 2007 12:40 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu barədə razılıq Strasburqda Azərbaycan rəsmiləri ilə VK arasında bu gün aparılmış danışıqlarla əldə olunub. Danışıqlarda Azərbaycan tərəfini Prezident Aparatının sektor müdiri Şahin Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təmsil ediblər. VK-dan isə seçkilər və referendumlar şöbəsinin rəisi və əməkdaşı danışıqlarda iştirak edib.
Xatırladaq ki, layihə yenidən baxılmaq üçün Azərbaycan tərəfinə bu ilin mayında Strasburqda keçirilmiş növbəti danışıqlarda təqdim olunub, payızda isə quruma qaytarılacağı barədə razılıq əldə edilib. Bu gün keçirilmiş görüşdə Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı bu ilin oktyabrında Bakıda “Dəyirmi masa”nın keçirilməsi məsələsi də müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Strasburqda Avropa Şurasının müxtəlif qurumları ilə danışıqları davam edir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR