Bank Of Baku

Arzu Abdullayeva: “Təəssüf ki, Avropa Parlamentinin üzvləri arasında Ermənistanı açıq-aşkar dəstəkləyənlərin sayı az deyil”

Arzu Abdullayeva: “Təəssüf ki, Avropa Parlamentinin üzvləri arasında Ermənistanı açıq-aşkar dəstəkləyənlərin sayı az deyil”
# 07 sentyabr 2007 13:10 (UTC +04:00)
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMİK) üzvləri sentyabrın 3-də Brüsseldə təşkil olunmuş “Birlikdə işləyərək - Avropa Qonşuluq Siyasətini möhkəmləndirək” adlı beynəlxalq toplantının nəticələrinə dair mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, konfrans Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdnerin təşəbbüsü ilə keçirilib. Avropa Birliyi XİN başçıları və qonşu ölkələrin vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi konfransda demokratik islahatlar və sabitlik, iqlimin dəyişilməsi, enerji təhlükəsizliyi kimi mövzular müzakirə olunub. Azərbaycanı hakimiyyətini beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, vətəndaş cəmiyyətini isə AAMİK üzvləri Leyla Əliyeva, İlqar Məmmədov, Mehman Əliyev, Eldar Namazov, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun Azərbaycan nümayəndəliyinin icraçı direktoru Fərda Əsədov təmsil edib. L. Əliyeva Avropa Qonşuluq Siyasəti ideyasının Avropa Birliyi tərəfindən 5 il əvvəl elan edildiyini, bu siyasi xəttin mahiyyətinin demokratik dövlətlərin qurulmasına səy göstərən qonşu dövlətlərə hüquqi islahatların seçilməsində yardım göstərilməsi olduğunu deyib. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva isə ötən həftə Avropa Parlamentində ictimai təşkilatların iştirakı ilə keçirilən dinləmələr haqda məlumat verib: “Avropa Parlamentinin bəzi üzvləri Azərbaycanın müharibəyə hazırlaşması barədə müxtəlif fikirlər söyləyirlər. Biz isə belə fikirləri təkzib etdik. Təəssüf ki, bu qurumun üzvləri arasında Ermənistanı açıq-aşkar dəstəkləyənlərin sayı az deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR