Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı Ermənistanın daxili işlər nazirinin Azərbaycana səfəri ilə bağlı bəyanat verib

Qarabağ Azadlıq Təşkilatı Ermənistanın daxili işlər nazirinin Azərbaycana səfəri ilə bağlı bəyanat verib
# 07 sentyabr 2007 13:40 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistanın daxili işlər naziri Hayk Arutunyanın Azərbaycana səfəri və onun gəlişinə etiraz edən QAT üzvlərinə qarşı zorakılıq tətbiq olunması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda QAT üzvlərinin polis tərəfindən həbs edilməsi pislənilib: “Ermənistan işğal faktının unutdurulması, beynəlxalq ictimai rəyin aldadılması üçün bir sıra istiqamətlərdə ciddi səylər göstərir. Azərbaycana müxtəlif nümayəndə heyətlərinin göndərilməsi həmin siyasətə xidmət edir. Biz hakimiyyətin bu cür antimilli mövqedən geri çəkilməsini tələb edirik. Eyni zamanda ictimai-siyasi qurumların, Qarabağla, müharibə ilə bağlı olan təşkilatların, hüquq müdafiəçilərinin erməni nazirin səfərinə heç bir mövqe bildirməməsi təəssüf hissi doğurur. Qarabağ Azadlıq Təşkilatı bir daha bildirir ki, bütün təzyiqlərə baxmayaraq, Qarabağın taleyi ilə bağlı antimilli xəttin həyata keçirilməsinə qarşı mübarizəsini davam etdirəcək və bu yolda bütün vasitələrdən istifadə edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR