Bank Of Baku

Azərbaycan rəsmilərinin Avropa Şurasındakı görüşləri yekunlaşıb

Azərbaycan rəsmilərinin Avropa Şurasındakı görüşləri yekunlaşıb
# 07 sentyabr 2007 14:27 (UTC +04:00)
Prezident Aparatı qanunvericilik və hüquqi ekspertiza məsələləri şöbəsinin müdiri Şahin Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Strasburqda keçirdiyi görüşlər bu gün yekunlaşıb. Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, informasiya xarakteri daşıyan səfərin əsas məqsədi Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq məsələləri, müvafiq proqramların həyata keçirilməsi və gələcək perspektivləri müzakirə etmək olub. Azərbaycan rəsmiləri AŞ siyasi direktoratlığında, baş katibin şəxsi ofisinin rəhbəri, Venesiya Komissiyasının nümayəndələri, AŞ Parlament Assambleyasının baş katibi Mateo Sorinas, AŞ PA katibliyinin nümayəndəsi Karolin Rober ilə görüşlər keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR