Bank Of Baku

Tomas Hammarberq Milli Məclisin üzvləri ilə görüşüb

Tomas Hammarberq Milli Məclisin üzvləri ilə görüşüb
# 07 sentyabr 2007 15:06 (UTC +04:00)
Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə bütün sahələr üzrə müzakirələr aparılıb. Əsas diqqət Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, 1 milyon azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsinə yönəldilib. Komissarın diqqətinə çatdırılıb ki, Azərbaycan üçün başlıca problem ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin hüquqlarının doğma yurd-yuvalarına qayıtmasıdır. Bildirilib ki, 100 minlərlə insan çadır şəhərciklərindən çıxarılaraq onlar üçün inşa edilmiş evlərə köçürülüb, gələn il bircə dənə də çadır şəhərciyi olmayacaq, hamı fərdi evlə təmin olunacaq.
Digər müzakirə olunan məsələ əsir, girov və itkin düşmüş şəxslərlə bağlı olub. Bildirilib ki, hazırda erməni əsirliyində 700-dən artıq Azərbaycan vətəndaşı var: “Bu günə qədər Ermənistan bu insanları geri qaytarmır bu isə beynəlxalq konvensiyalara ziddir”. Deputatlar Ermənistana səfər edəcəyini söyləyən T. Hammarberqdən xahiş ediblər ki, bu məsələni orada ciddi şəkildə qaldırsın. Komissarın diqqətinə o da çatdırılıb ki, Ermənistan işğal etdiyi ərazilərdə qurduğu mövqelərdən təmas xəttinə yaxın kəndlərdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarını tapdayır: “Bu adamlara hər cür əziyyət verilir, suları kəsilir. Onlar mütəmadi olaraq snayperlərdən hədəfə alınırlar”. Görüşdə həmçinin AŞ ilə Azərbaycan arasında əlaqələr, əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR