Bank Of Baku

Eldar Mahmudov Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

Eldar Mahmudov Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb
# 07 sentyabr 2007 15:28 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının milli qanunvericilik bazasında, aparılan müvafiq islahatlarda daim prioritet olduğunu qeyd edib. O, insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı üzrə nazirlikdə konkret tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. E. Mahmudov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, ölkəmizin işğal olunmuş ərazilərinin, eləcə də respublikanın cənub sərhədinin 132 kilometr hissəsinin nəzarətdən kənar olduğunu, bu faktorun nəinki Azərbaycanın, eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid doğurduğunu söyləyib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edən nazir bildirib ki, hazırda 4471 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. E. Mahmudov hazırda erməni tərəfində 783 soydaşımızın əsir və girov saxlanıldığının çoxsaylı şahid ifadələri ilə sübuta yetirildiyini, lakin Ermənistanın müvafiq komissiyasının azərbaycanlıların taleyinə aydınlıq gətirilməsində, onların geri qaytarılmasında qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib. Qonaq əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması məsələsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR