Bank Of Baku

Tomas Hammarberqin Azərbaycanla bağlı hesabatı üç aydan sonra hazır olacaq

Tomas Hammarberqin Azərbaycanla bağlı hesabatı üç aydan sonra hazır olacaq
# 07 sentyabr 2007 16:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, komissar keçirdiyi mətbuat konfransında bildirib ki, səfərdə əsas məqsəd Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti qiymətləndirmək olub: “Azərbaycan problemlərin mövcud olduğu hansısı xüsusi ölkə deyil. Bu cür səfərlər bütün Avropa Şurası ölkələrinə edilir”. T. Hammaberq deyib ki, onu qaçqın və məcburi köçkünlərin problemləri, məhkumların vəziyyəti, medianın durumu daha çox maraqlandırıb. Səfərin yekunları əsasında hesabat təxminən 3 aydan sonra hazır olacaq. Hesabatın həyata keçirilməsinə gəlincə, komissar qeyd edib ki, sənəd tövsiyə xarakterli olacaq. Qonaq səfər zamanı Bakıda uçan binanın məsələsi ilə də maraqlandığını və hökumət nümayəndələri ilə görüşlərdə bu məsələni qaldırdığını söyləyib: “Azərbaycan beynəlxalq əmək Konvensiyasına qoşulub. Bu, o deməkdir ki, işçilərin təhlükəsizliyi təmin olunmalıdır. Bu, özəl müəssisələrdə çalışanlara da aiddir. Mən ümid edirəm ki, bu cür faciələr təkrarlanmayacaq”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR