Bank Of Baku

Tomas Hammarberq: “Qaçqınlar üçün əsas problem torpaqlarının qaytarılmasıdır”

Tomas Hammarberq: “Qaçqınlar üçün əsas problem torpaqlarının qaytarılmasıdır”
# 07 sentyabr 2007 16:38 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Azərbaycana səfəri zamanı qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət yetirib. APA-nın xəbərinə görə, bu barədə T. Hammarberq səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan prezidenti, baş nazirin müavini və milli təhlükəsizlik naziri ilə görüşündə müzakirə olunub: “Mən Goranboy və Ağdamda qaçqınlarla görüşdüm. Onlarla görüşümdə başa düşdüm ki, qaçqınlar üçün əsas problem torpaqlarının qaytarılmasıdır. Təəssüf ki, münaqişənin siyasi yolla həllinə təsir etmək üçün mənim əlimdə səlahiyyət yoxdur. Ümid edirəm ki, səlahiyyətli şəxslər insan hüquqları məsələsini də nəzərə alacaqlar”. T. Hammarberq qeyd edib ki, onu ilk növbədə qaçqınların yaşayış şəraiti maraqlandırıb: “Goranboyda yaşayış şəraiti ürəkaçan deyil. Orada ağcaqanad çoxdur”. Bununla yanaşı, qonaq pozitiv addımları da qeyd edib. O, işğal olunmuş torpaqlarda qəbirlərin və yaşayış evlərinin dağıdılmasından təəssüfləndiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR