Bank Of Baku

Tomas Hammarberq Azərbaycan hökumətindən pozitiv siqnallar aldığını bildirib

Tomas Hammarberq Azərbaycan hökumətindən pozitiv siqnallar aldığını bildirib
# 07 sentyabr 2007 16:38 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq həbsxanalara baxış keçirərkən ilk növbədə məhkumların saxlanma şəraiti ilə maraqlanıb. APA-nın məlumatına görə, komissar bildirib ki, həbsxanalarda pozitiv dəyişikliklər olsa da, ventilyasiya sistemlərində problemlər var və bir çox məhbus vərəmə yoluxub: “Ancaq biz şahidi olduq ki, vərəmlə mübarizədə müasir texnikadan istifadə olunur”. Komissar bəzi siyasi məhbuslarla bağlı hakimiyyət nümayəndələrinə məlumat verdiyini söyləyib: “Hakimiyyətdən aldığımız siqnallar pozitiv oldu”. Həbsdə olan jurnalistlərin məsələsinə toxunan T. Hammarberq bildirib ki, böhtan və diffamasiya ittihamı ilə insanları Cinayət Məcəlləsi ilə mühakimə etmək və həbsxanaya salmaq olmaz. O, Azərbaycana səfəri zamanı insanların siyasi və sosial, o cümlədən seçki, təhsil, müalicə hüquqlarının təmin olunmasına böyük diqqət yetirdiyini söyləyib. Bütün bu məsələlər komissarın hazırlayacağı hesabatda əksini tapacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR