Bank Of Baku

Vasif Talıbov: “Naxçıvan beynəlxalq hava limanında yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır”

Vasif Talıbov: “Naxçıvan beynəlxalq hava limanında yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır”
# 10 sentyabr 2007 09:33 (UTC +04:00)
V. Talıbov deyib ki, hər il avqustun sonu-sentyabrın əvvəllərində Naxçıvan beynəlxalq hava limanında bu cür vəziyyət yaranır: “Bu, mövsümi xarakter daşıyır. Bu problem istirahətdə olanların, Bakıda, Naxçıvanda və Türkiyədə təhsil alanların geri qayıtması nəticəsində yaranır”. V. Talıbovun sözlərinə görə, hazırda Naxçıvan aeroportunda yalnız bileti olanlar qalıb: “İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında İrandan keçməklə, Naxçıvan-Bakı avtobus reysinin açılması barədə razılıq əldə olunub. Bu avtobus reysi işə düşəndən sonra Naxçıvan beynəlxalq hava limanında yaranmış problem tam həll olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR