Bank Of Baku

ABŞ, Rusiya və Azərbaycan nümayəndələrinin Qəbələ RLS-ə səfəri oktyabr ayına qədər baş tutacaq

ABŞ, Rusiya və Azərbaycan nümayəndələrinin Qəbələ RLS-ə səfəri oktyabr ayına qədər baş tutacaq
# 10 sentyabr 2007 09:55 (UTC +04:00)
ABŞ, Rusiya və Azərbaycan nümayəndələrinin Qəbələ RLS-ə səfəri bu həftə baş tutmayacaq. Ancaq səfərin oktyabr ayına qədər gerçəkləşəcəyi gözlənilir. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib. O bildirib ki, nümayəndə heyətinin tərkibi təxminən məlumdur və hazırda adlar dəqiqləşdirilir: “Səfərin bu həftə reallaşmaması o demək deyil ki, tərəflər hansısa məsələdə razılığa gəlməyib. Hazırda tərəflərin müzakirə etdiyi yeganə məsələ səfərin vaxtıdır”. C. Henik tezliklə tarixin müəyyənləşəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR