Bank Of Baku

Pənah Hüseyn: “Seçkiləri boykot edib kənarda dayanmaqla hər hansı islahatlara nail olmaq çətindir”

Pənah Hüseyn: “Seçkiləri boykot edib kənarda dayanmaqla hər hansı islahatlara nail olmaq çətindir”
# 10 sentyabr 2007 10:15 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri ilə bağlı partiyalar arasında müzakirələr aparılmasının, mövqelərin müəyyənləşməsinin tərəfdarıyam”. Bu açıqlamanı APA-ya millət vəkili Pənah Hüseyn verib. Növbəti prezident seçkilərinə kimi Seçki Məcəlləsinə dəyişikliyin edilməsini vacib sayan P. Hüseyn qanuna dəyişikliyin edilməsi üçün Venesiya Komissiyası ilə hakimiyyət arasında danışıqların getdiyini deyib: “Hələlik danışıqlarda hansı nəticələrin əldə olunması ilə bağlı heç bir məlumat yoxdur. Amma bu vaxta kimi tələb edilən bəzi dəyişikliklərin olmayacağı ilə bağlı hakimiyyət tərəfindən bəyanatlar səslənib. Bizim tərəfimizdən qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və parlamentə təqdim olunub. Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev tərəfindən də bir ildən artıqdır ki, təkliflər təqdim edilib. Bu təkliflərə parlamentin komissiyalarında baxılır. Amma seçki vaxtı yaxınlaşdığı üçün bu istiqamətdə işlər sürətlənməlidir. Xüsusilə də seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı proses aktivləşməlidir. Komissiyalar paritet əsaslarla təşkil olunmalıdır ki, siyasi partiyaların seçkilərdə bərabər hüquqlarla iştirak etməsinə şərait yaradılsın”. Seçkiləri boykot etməklə bağlı təkliflərə münasibət bildirən P. Hüseyn deyib ki, hazırda bu məsələ səsverməyə getməmək şəklində yox, namizəd irəli sürməmək şəklində qoyulub: “Təbii ki, onların irəli sürdükləri arqumentləri də qəbul edirəm. Seçkilərdə iştirak etmək məsələsi mütləq bu və ya digər qüvvənin hakimiyyətə gəlməsi məqsədini daşımır. Bu, ölkədə demokratik ənənələrin yaranması üçün bir mübarizə vasitəsidir. Ona görə də mən seçkilərdə iştirakın tərəfdarıyam və onu da bildirirəm ki, seçkiləri boykot edib kənarda dayanmaqla hər hansı islahatlara nail olmaq çətindir. Belə halda hakimiyyət hətta indiyə kimi əldə olunmuş digər demokratik imkanları da məhdudlaşdıra bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR