Bank Of Baku

AMİP Füzuli meydanında piket keçirmək barədə qərar qəbul edib

AMİP Füzuli meydanında piket keçirmək barədə qərar qəbul edib
# 10 sentyabr 2007 13:48 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sentyabrın 20-də Füzuli meydanında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, keçiriləcək aksiyada hakimiyyətin apardığı sosial-iqtisadi siyasətə etiraz ediləcək. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, bundan əvvəl partiya eyni tələblə Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin şəhər rəhbərliyi qanunvericiliyə görə dövlət əhəmiyyətli binaların 300 metr radiusunda kütləvi aksiyaların keçirilməsinin qədağan olunduğunu əsas gətirərək bu piketlərə icazə verməyib: “Füzuli meydanının 300 metr radiusunda dövlət əhəmiyyətli heç bir qurumun binası yerləşmir. Ona görə də biz aksiyanı həmin yerə təyin etmişik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR