Bank Of Baku

58 saylı Hacıqabul-Kürdəmir DSK-nın yeni binasının açılışı olub

58 saylı Hacıqabul-Kürdəmir DSK-nın yeni binasının açılışı olub
# 10 sentyabr 2007 14:18 (UTC +04:00)
Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasının yeni inzibatı binasının açılışı olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. 43 seçki məntəqəsini və 40078 seçicini əhatə edən 58 saylı Hacıqabul-Kürdəmir DSK əsaslı təmirdən sonra yeni inzibati binaya köçüb, yeni mebel və kompüter avadanlığı ilə təchiz edilib. Dairənin yeni binasında seçicilərin rahat və demokratik səs verməsi üçün bütün şərait yaradılıb. Açılış mərasimində Hacıqabul RİH-in başçısı Əhməd Muxtarov və Prezident Aparatının məsul işçisi Rəhim Məmmədov iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR