Bank Of Baku

Məşvərət Məclisi Azərbaycanın İraqda konsulluq açmasını vacib sayır

Məşvərət Məclisi Azərbaycanın İraqda konsulluq açmasını vacib sayır
# 10 sentyabr 2007 14:39 (UTC +04:00)
İqtidaryönlü siyasi partiyaların Məşvərət Məclisi Azərbaycanın İraqda konsulluq açmasının vacib olduğu bildirilən bəyanatla çıxış edib. MM-in mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda İraqda yaşayan türkmənlərin həyat səviyyəsi, sosial və siyasi durumunun daim Azərbaycan mətbuatının gündəmində olduğu qeyd olunur. Ötən həftə Kərkük türkmənlərinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti üzvlərinin Azərbaycan və Türkiyədən dəstək gözlədiklərini söylədiklərini xatırladan bəyanat müəllifləri hesab edir ki, hər iki ölkə bu dəstəyi verəcək: “Azərbaycanla ortaq dilə, mədəniyyətə, tarixə və dinə malik olan Kərkük türkmənləri ilə əlaqələr daha da genişlənməli, dostluq, qardaşlıq münasibətləri müasir vəziyyətə uyğun olaraq tənzimlənməlidir. Bundan başqa, İraqda Azərbaycan konsulluğunun açılması olduqca vacib məsələdir. Bu addım Kərkük türklərinin problemləri və durumu ilə yaxından tanış olmağımızda gərəkli rol oynaya bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR