Bank Of Baku

QHT sektorunun inkişafı ilə bağlı müzakirələr keçirilib

QHT sektorunun inkişafı ilə bağlı müzakirələr keçirilib
# 10 sentyabr 2007 14:56 (UTC +04:00)
Milli Qeyri-Hökumət Təşkilatları Forumu Qeyri-Kommersiya Hüququ üzrə Avropa Mərkəzi ilə birgə QHT sektorunun inkişafının institusional mexanizmləri ilə bağlı müzakirələr aparıb. Milli QHT Forumunun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda forumun icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsi, QHT-hökumət münasibətlərinin yeni mərhələyə keçməsinin QHT sektorunun inkişafına yardım edəcəyini bildirib. Qurumun prezidenti, millət vəkili Azay Quliyev prezident İlham Əliyevin QHT-lərlə bağlı imzaladığı sərəncamın bu sahənin inkişafına təkan verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda QHT-lərlə işləyəcək müvafiq qurumun yaradılması və QHT-lərin layihələrinin hökumət tərəfindən maliyyələşdirilməsi üçün fond yaradılması təqdirəlayiqdir. İclasda Qeyri-Kommersiya üzrə Avropa Mərkəzinin baş məsləhətçisi Draqan Qoluboviç, millət vəkili Lalə Abbasova və ekspertlər çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR