Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavinini qəbul edib

Azərbaycanın xarici işlər naziri Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavinini qəbul edib
# 10 sentyabr 2007 15:20 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini Vilyam Ramseyi qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, V. Ramsey müasir dövrdə enerji təhlükəsizliyinin dövlətlərin xarici siyasətində nəzərə aldığı önəmli faktora çevrildiyini, etibarlı enerji mənbələri axtarışının vacibliyini, enerji məsələsinin siyasi əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda, o, Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyasında maraqlı olduğunu, qaz ehtiyatlarına artan tələbatlarının ödənilməsi məqsədilə alternativ variantlar axtardığını diqqətə çatdırıb.
E. Məmmədyarov isə Azərbaycanın qoşulduğu neft kəmərləri, o cümlədən BTC, Bakı-Supsa, Bakı-Novorossiysk barədə məlumat verib, Orta Asiyanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasında Azərbaycanın geniş imkanlara malik olduğunu deyib. Nazir, həmçinin, Avropa Komissiyası və Azərbaycan arasında enerji memorandumunun imzalandığını xatırladıb, ölkəmizin Avropanın enerji diversifikasiyasında mühüm rol oynamaq imkanlarını, bu baxımdan Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri və Nabukko layihələrinin əhəmiyyətini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR