Bank Of Baku

BAXCP-nin Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təklifləri ilə əlaqədar dəyirmi masa keçiriləcək

BAXCP-nin Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təklifləri ilə əlaqədar dəyirmi masa keçiriləcək
# 10 sentyabr 2007 15:30 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda BAXCP-nin ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təklifləri ilə əlaqədar sentyabrın 12-də keçiriləcək dəyirmi masaya hazırlıq məsələləri müzakirə olunub. Ölkədəki ictimai-siyasi vəziyyəti də müzakirəyə çıxaran İdarə Heyəti Naxçıvan hava limanında yaranan vəziyyətdən narahatlığını ifadə edib: “Yeni tədris ili ərəfəsində təkrarlanan bu problemin həlli üçün hökumət vaxtında tədbir görməyib, atılan müəyyən addımlar isə qeyri-qənaətbəxş olub. Hökumət sərnişinlərin üzləşdikləri çətinliklərin qısa müddət ərzində aradan qaldırılması və oxşar vəziyyətin bir daha təkrarlanmaması üçün tədbirlər həyata keçirməlidir”. Toplantıda oktyabrın 6-da BAXCP Ali Məclisinin yığıncağının keçirilməsi ilə bağlı qərar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR