Bank Of Baku

Avropa Parlamentinin nümayəndə heyəti Bakıya gəlib

Avropa Parlamentinin nümayəndə heyəti Bakıya gəlib
# 10 sentyabr 2007 15:31 (UTC +04:00)
Avropa Parlamentindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin səhiyyə və sağlam qida şöbəsinin nümayəndəsi Mari Ann İsler (Fransa), Avropa Parlamentinin ikinci vitse-prezidenti, insan hüquqları şöbəsinin təmsilçisi Bropard Duka Zulomi (Slovakiya), inkişaf bölməsindən Alessandro Battilokkio (İtaliya), nəqliyyat, turizm və iqlim dəyişikliyi şöbəsindən Marina Jan Marinesku (Rumıniya), beynəlxalq münasibətlərə dair məruzəçi Lidi Polfer (Lüksemburq), beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə şöbəsindən Coanna Svoboda (Avstriya) daxildir. Səfərdə əsas məqsəd sentyabrın 12-də Avropa Parlamenti və Milli Məclisin birgə iclasında iştirak etməkdir. İclasda qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq. Bundan başqa Avropa Parlamentinin nümayəndələri insan hüquqları sahəsində çalışan qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcəklər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR