Bank Of Baku

Müsavat Partiyası Bakının erməni-rus işğalından azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirəcək

Müsavat Partiyası Bakının erməni-rus işğalından azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirəcək
# 10 sentyabr 2007 15:45 (UTC +04:00)
Müsavat Partiyası Bakının erməni-rus işğalından azad olunmasının növbəti ildönümü ilə bağlı sentyabrın 15-də Şəhidlər Xiyabanında Türk əsgərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Divanın bu gün keçirilən iclasında ziyarətdən sonra qərargahda Müsavat rəhbərliyinin, ziyalıların və tarixçilərin iştirakı ilə geniş tədbirin keçirilməsi qərara alınıb. Divanın iclasında həmçinin proporsional seçki sisteminin bərpası və dövlət idarəçiliyinə dair islahatların həyata keçirilməsi ilə bağlı bir sıra siyasi qüvvələrin qaldırdığı təşəbbüslər müzakirə olunub. İclasda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr də aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR