Bank Of Baku

Hüquq müdafiəçiləri milli təhlükəsizlik naziri ilə görüşmək üçün yenidən müraciət edəcək

Hüquq müdafiəçiləri milli təhlükəsizlik naziri ilə görüşmək üçün yenidən müraciət edəcək
# 10 sentyabr 2007 15:55 (UTC +04:00)
Bir qrup hüquq müdafiəçisi (Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı) milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüş üçün yenidən müraciət imzalamaq qərarına gəlib. Bu barədə APA-ya N. Cəfəroğlu bildirib. O, deyib ki, müraciətdə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbsi və başqa məsələlərlə bağlı nazirlə müzakirələr aparmağın vacibliyi qeyd olunacaq: “Bizim Eldar Mahmudovla görüşmək üçün müraciətimizə bir neçə gün əvvəl rədd cavabı verilməsinə baxmayaraq, belə bir görüşün keçirilməsində israrlıyıq. Ona görə də nazirə yenidən müraciət edəcəyik”. Hüquq müdafiəçisi deyib ki, müraciətdə onların E. Fətullayevlə görüşmək niyyətində olduqları da nəzərə çatdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR