Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədov vəfat edib

Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədov vəfat edib
# 11 sentyabr 2007 07:43 (UTC +04:00)
AKP sədrinin müavini Rüstəm Şahsuvarovun APA-ya verdiyi məlumata görə, iflic xəstəliyindən əziyyət çəkən R. Əhmədov sentyabrın 10-da saat 19:45-də vəfat edib. Onun nəşi dəfn olunmaq üçün anadan olduğu Quba rayonuna aparılıb.
Qeyd edək ki, R. Əhmədov 1939-cu il martın 6-da Qubada anadan olub və Azərbaycan Kommunist Partiyasında rəhbər vəzifələrdə çalışıb. O, bir neçə rayon partiya komitələrinin birinci katibi və “Kommunist” qəzetinin baş redaktoru işləyib. 2000-2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub. 1993-cü ildə fəaliyyətinə 1991-ci ildə xitam verilmiş Azərbaycan Kommunist Partiyasını bərpa edib, vəfat edənə qədər bu partiyanın sədri olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR