Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri dünən və bu gün atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri dünən və bu gün atəşkəsi pozub
# 11 sentyabr 2007 08:09 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da və 11-də müxtəlif saatlarda Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR