Bank Of Baku

Azərbaycan millət vəkillərinin Borçalıya səfəri planlaşdırılır

Azərbaycan millət vəkillərinin Borçalıya səfəri planlaşdırılır
# 11 sentyabr 2007 08:41 (UTC +04:00)
“Müsavat” deputat qrupunun üzvlərinin təşəbbüsü ilə payızda Milli Məclisin bir qrup üzvünün Borçalıya səfəri nəzərdə tutulur. Millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, onlar bu ilin yazında Borçalıya səfər edib, burada yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanıblar. P. Hüseyn budəfəki qrupa siyasi mənsubiyyətindən asılı olmayaraq, müxtəlif millət vəkillərinin daxil edilməsinin planlaşdırıldığını deyib: ““Müsavat” deputat qrupunun üzvləri parlamentin payız sessiyası başladıqdan sonra məsələ ilə bağlı digər millət vəkilləri ilə də danışıqlar aparacaqlar. Razılıq əldə olunsa, Borçalıya gedəcəyik. Budəfəki səfər “Müsavat” deputat qrupunun yox, parlament qrupunun səfəri olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR