Bank Of Baku

VİP Məclisinin iclası oktyabrda keçiriləcək

VİP Məclisinin iclası oktyabrda keçiriləcək
# 11 sentyabr 2007 09:48 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) oktyabr ayında Məclisin növbəti iclasını keçirəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, VİP-in dövlət qeydiyyatına keçməsindən sonra Məclisin ilk iclası olacaq. İclasda partiyanın budan sonra atacağı addımlar, yerli təşkilatların hüquqi cəhətdən strukturlaşması, növbəti prezident seçkiləri ilə bağlı müzakirələr aparılacaq. Mətbuat xidmətindən VİP-in seçkilərlə bağlı mövqeyinin müəyyənləşdiyi və qəbul olunacaq qərarların “Azadlıq” blokunun mövqeyinə uyğun olacağı bildirilib. Partiyanın sədri Əli Əliyev özü prezident seçkilərində namizədliyini irəli sürməyəcək və blokun namizədini dəstəkləyəcək. VİP-in qeydiyyatından sonra partiyanın sənədləşmə işləri də yekunlaşıb və partiya üzvləri üçün üzvlük biletləri hazırlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR