Bank Of Baku

Müsavat Məclisinin iclasında prezident seçkiləri ilə bağlı qərarlar qəbul olunacaq

Müsavat Məclisinin iclasında prezident seçkiləri ilə bağlı qərarlar qəbul olunacaq
# 11 sentyabr 2007 10:21 (UTC +04:00)
“Müsavat Partiyasında 2008-cii ildə keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi müzakirələr başlayıb və bu müzakirələr nəticəsində partiya Məclisinin növbəti iclasında qərarlar qəbul olunacaq”. Bu açıqlamanı APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər verib. Onun sözlərinə görə, partiya Divanının son iclasında Məclisin gündəliyinin layihəsi hazırlanıb və burada seçkilərlə bağlı açıq müzakirələr aparıb qərarların qəbul olunması öz əksini tapıb. Seçkilərlə bağlı müxtəlif təkliflərin irəli sürüldüyünü deyən S. Əkbər hələlik həmin təklifləri açıqlamaq niyyətində olmadığını deyib: “Bu təklifləri Məclis dəyərləndirəcək və qərarlar qəbul olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR