Bank Of Baku

Rusiya Müdafiə Nazirliyi: “Azərbaycan Gürcüstandakı rus hərbi texnikasının Ermənistana göndərilməsi ilə bağlı bizə rəsmi etiraz etməyib”

Rusiya Müdafiə Nazirliyi: “Azərbaycan Gürcüstandakı rus hərbi texnikasının Ermənistana göndərilməsi ilə bağlı bizə rəsmi etiraz etməyib”
# 11 sentyabr 2007 10:32 (UTC +04:00)
Bu fikirlər Rusiya Silahlı Qüvvələri quru qoşunlarının informasiya və ictimai əlaqələr xidmətinin rəhbər əvəzi German Jitenevə məxsusdur. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, Jitenev hərbi bazanın ləğvi qaydası və tarixi ilə əlaqədar Azərbaycan, Ermənistan və Gürcüstandan heç bir rəsmi etiraz məktubunun daxil olmadığını vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan ərazisindəki hərbi bazaya məxsus texnikanın Ermənistandakı hərbi bazada yerləşdirilməsi Zaqafqaziyada Rusiya Qoşunları Qrupunun əmlakının daşınması haqqında plana uyğun həyata keçirilir və bu plan bütün maraqlı tərəflərlə razılaşdırılıb. O, Rusiyanın Gürcüstandakı hərbi bazaların ləğvinə dair öhdəlikləri yerinə yetirdiyini bildirib. Jitenev qeyd edib ki, 2007-ci ildə Ermənistandakı 102 saylı diviziyanın tam komplektləşdirilməsi məqsədilə Gümrüyə daha 161 ədəd silah və hərbi texnikanın göndərilməsi nəzərdə tutulur. Artıq bu günə qədər Gürcüstandakı hərbi bazadan Gümrüyə 117 ədəd silah və texnika göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR