Bank Of Baku

AŞPA-nın payız sessiyasında azərbaycanlı deputat məruzə ilə çıxış edəcək

AŞPA-nın payız sessiyasında azərbaycanlı deputat məruzə ilə çıxış edəcək
# 11 sentyabr 2007 11:18 (UTC +04:00)
Həmin gün qeyri-leqal miqrantlar haqqında proqramın nizama salınması məsələsi də müzakirə olunacaq. Oktyabrın 2-də Avropa Məhkəməsinə 20 hakimin seçilməsi məsələsinə baxılacaq, qlobal istiləşmə və ekoloji təhlükə məsələsi müzakirə olunacaq, Moskva və bütün Rusiyanın patriarxı İkinci Aleksiyin müraciəti dinləniləcək, AŞ-yə üzv ölkələrlə Avropa Məhkəməsinin əməkdaşlığı müzakirə ediləcək. Bu məsələnin müzakirəsi zamanı Kiprdən olan deputatın məruzəsində Azərbaycanla bağlı təngidi məqamların səslənəcəyi gözlənilir. Moldovanın AŞ qarşısında öhdəliklərinin yerinə yetirilməsi də sessiyanın ikinci günü müzakirə olunacaq. Oktyabrın 3-də Sudanda humanitar böhran, Avropada regionlaşma məsələləri müzakirəyə çıxarılacaq, britaniyalı deputat, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Toni Lloyd “İqtisadi inkişafın sosial təhlükəsizliyə təsiri” adlı məruzə ilə çıxış edəcək. Sessiyanın 4-cü günündə deputatlar narkotiklərdən qorunma haqqında Avropa konvensiyası, fahişəliklə mübarizə məsələlərini müzakirə edəcək. AŞPA üzvləri sessiyanın sonuncu günü qurumun büdcəsini təsdiqləyəcək, quruma üzv ölkələrin parlamentlərinin qadın zorakılığı ilə mübarizə, müharibə təhlükəsi və bunun beynəlxalq münasibətlərə təsiri, övladlığa götürmə haqqında Avropa konvensiyası ilə bağlı fikir mübadiləsi aparacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR